Milli Məclisin deputatı Sahib Qafarov AŞPA-nın tədbirində iştirak etmək üçün Sankt- Peterburqa gedəcək. ”İnterfaks - Azərbaycan” agentliyinə Milli Məclisdən xəbər verildiyi kimi, aprelin 17-19-da Sahib Qafaraov AŞPA-nın təşkil etdiyi insan alverinə qarşı mübarizə üzrə “dəyirmi masa”da iştirak etmək üçün Sankt -Peterburqa səfərdə olacaq .
Azərbaycanlı deputatın “dəyirmi masada” trafikinqlə mübarizə üzrə respublikada aparılan tədbirlər barəsində çıxışı planlaşdırılır.