Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 47 nəfər narkoman və narkotik maddə alverində şübhəli bilinən 4 şəxs saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi respublikanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ümumilikdə, narkomanlardan 12,46 qram marixuana, 3,809 qram heroin, 5,31 qram tiryək aşkar edilərək götürülüb.
Keçirilən əməliyyatlar nəticəsində narkotik maddələrin satışında şübhəli bilinən şəxslərdən 410 qram heroin, 8,5 kq marixuana, 1,980 kq həşiş aşkar edilib.