Azərbaycan Milli Elmlər Akademiyasi (AMEA) Ukrayna Elmi -Texniki Mərkəzi ilə birgə nanotexnologiyalar və yeni materiallar, biokimya texnologiyaları və geoinformatika layihələri üzrə müsabiqə elan edib.
Müsabiqə” Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri Proqramı” çərçivəsində AMEA və Ukrayna Elmi Texnoloji Mərkəzi arasında razılaşmaya uyğun olaraq keçirilir
Akademiyadan bildirilib ki, ABŞ, Kanada və Avropa Birliyinin Elmi Mərkəzləri tərəfindən layihələrə maliyyə dəstəyi göstəriləcək . Müsabiqənin şərtlərinə görə, yalnız adı çəkilən üç xarici dövlətdən birinin nümayəndəsinin iştirak etdiyi layihələr maliyyələşdiriləcək.
2010-cu ildə elan edilmiş analoji elmi müsabiqənin yekunlarına əsasən , 7 layihə seçilmişdi. Hazırda bu layihələr reallaşma prosesindədirlər.
Layihələr üçün əsas şərtlər aşağıdakılardır: Elmi perspektivlik, reallaşdırma imkanlarının mümkün olması , layihənin gələcəkdə davamlı inkişafı .