Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov və Kvazulu-Natal əyalətinin Baş Direktoru Nhlanla Ngidi iqtisadi qarşılıqlı əlaqələrin aktivləşdirilməsi üçün bu əyalətin nümayəndə heyətinin respublikamıza səfərini müzakirə ediblər.
Azərbaycan XİN-in məlumatına görə, görüşdə ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün əyalətin ən böyük şəhəri sayılan Durban şəhərinin mühüm rolu ola biləcəyi vurğulanıb.
Görüşdə tərəflər həmçinin, iki ölkənin regionları arasında münasibətlərin inkişafını və ölkəmizin şəhərlərinin biri ilə Kvazulu-Natal əyalətinin paytaxtı olan Pitermaritsburq şəhəri arasında şəhərlər əlaqələrinin yaratmaq imkanından danışıblar.
Görüş aprelin 13-də keçirilib.
Durban şəhərində CAR-ın ən böyük limanı yerləşir, Kvazulu-Natal isə əhali və iqtisadiyyatına görə ölkənin ikinci əyaləti hesab olunur.