Daşkəsəndə tarixi abidələrin bərpası nəzərdə tutulur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Daşkəsən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Hacı Məmmədov məlumat verib.
"Bizim rayonda 487-ci ilə aid monastır, XV əsrin yadigarı olan tarixi körpü və XIX əsrə aid kilsələrin təmiri nəzərdə tutulur”, - deyə o qeyd edib.
Şöbə müdirinin sözlərinə görə, Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutu tərəfindən hazırlanan layihə əsasında abidələr hissə-hissə təmir olunacaq.
Hazırda Daşkəsəndə 46 abidə qeydiyyata alınıb ki, bunlardan 33-ü yerli, 12-si ölkə, 1-i isə dünya əhəmiyyətlidir.