SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) çərşənbə axşamı Bakının Xəzər və Sabunçu rayonlarının qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan “Zabrat-2” Qazpaylayıcı Stansiyasından qaz təchizatı dayandırılıb”, - deyə şirkətdən bildirilib.
Təmir işləri müddətində Xəzər rayonunun Buzovna və Albalılıq, Sabunçu rayonunun isə Zabrat, Maştağa və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.