SOCAR-ın “Azneft” İstehsalat Birliyi (İB) ''Günəşli'' yatağında 2 quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
Yataqdakı 13-cü özüldən 436 nömrəli, 10-cu özüldən 186 nömrəli quyular istismara verilib. 436 nömrəli quyu sutkada 65 ton neft və 21 min kubmetr qaz, 186 nömrəli quyu isə sutkada 75 ton neft və 17 min kubmetr qaz hasilatı ilə işləyir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.