Azərbaycan Mərkəzi Bankı kompyuter, server, şəbəkə avadanlıqları və proqram təminatının alınması üçün tender elan edib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dan məlumat verilib.
Tender elanına əsasən, AMB avadanlıq və proqram təminatı təchizatçılarına bir sıra şərtlər təqdim edir. Xüsusilə, bütün mallar Avropa İttifaqının sertifikatına malik olmalıdır, Bakıda təchizatçının servis xidməti fəaliyyət göstərməlidir.
Tenderin şərtlərinə görə, kompyuter, şəbəkə avadanlığı və proqram təminatı müqavilə imzalanan anından 30 gün ərzində, server avadanlığı - 45 gün ərzində təchiz edilməlidir.
Tenderin qalibinin seçimi zamanı əsas diqqət növbəti meyarlara ayrılacaq: maliyyə və texniki amil.
Tenderdə iştirak üçün dövlət rüsumu 200 manat təşkil edir. Tender üzrə təkliflərin qəbulu 2012-ci il mayın 31-nə qədər aparılacaq, tender təkliflərinin qiymətləndirilməsi iyunun 1-də keçiriləcək.