Özəlləşdirilmiş müəssisə və obyektləin yerləşdiyi qeyri -yaşayış əraziləri və torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə daxilolmalar 2012-ci ilin birinci rübündə təxminən 1 mln. manat təşkil edib. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məlumatında bildirilir.
“2012-ci ilin yanvar –mart aylarında Azərbaycanda 160 kiçik dövlət müəssisəsi və obyekti, eləcə də 100 torpaq sahəsi özəlləşdirilib”,- deyə məlumatda qeyd edilir.
Hesabat dövründə 13 pul hərracı keçirilib ki, bunların vasitəsi ilə təxminən 10 səhmdar cəmiyyətin səhmləri satılıb.
I rübdə 120 qeyri yaşayış sahəsi icarəyə verilib, torpaq sahələrinin icarəsi üzrə 110 müqavilə bağlanıb.
Komitənin məlumatına əsasən, yanvar – mart aylarında ƏMDK 32,5 min daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ qeydiyyata alıb. Eləcə də, hesabat dövründə 7 min ipoteka və icarə müqaviləsi qeydiyyata alınıb . I rübdə 31 min daşınmaz əmlaka texniki pasport tərtib edilib.
Məlumatda qeyd edilir ki, I rüb ərzində dövlət əmlakının vəziyyətini qiymətləndirilməsi və səmərəli istifadə edilməsi , dövlət büdcəsinə dividentlərin ödənilməsinin hesablanması və onların köçürülməsi üçün ƏMDK 60 dövlət müəssisəsi və obyektində monitorinqlər keçirib.
Bundan başqa, ƏMDK yanvar - mart aylarında dövlət payı olan 211 müəssisə 2011-ci ilin yekunları üzrə balans hesabatı verib. Həmçinin, Komitənin sərəncamında olan 58 müəssisə də hesabat təqdim edib.
I rübdə dövlət payı olan 293 müəssisədən, komitənin sərəncamında olan 91 müəssisədən
inventarizasiya barədə akt qəbul edilib.
Eləcə də, komitə 6280 dövlət müəssisəsi və təşkilatından dövlət əmlakının saxlanılması üzrə xüsusi hesabat alınmasını təmin edib.
2012-ci ilin yanvar-mart aylarında ƏMDK 6,393 min hüquqi şəxs statuslu dövlət müəssisələri və onların 6,232 min filialının malik olduğu 135,76 min daşınmaz əmlak barədə məlumatlar alıb.