Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı “BP” şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib. Bu barədə respublikanın rəsmi mətbuatı məluumat verib.
R.Dadli “Şahdəniz” yatağının işlənilməsi layihəsinin 2-ci fazası və icrada olan digər layihələrin gedişi barədə Azərbaycan Prezidentinə məlumat verib.
Məlumata əsasən, görüşdə tərəflər Azərbaycan və “BP” şirkəti arasında uzun illər ərzində uğurlu əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Bundan başqa, respublikanın rəsmi mətbuatı məlumat verib ki, İ.Əliyev çərşənbə axşamı həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib. Görüşdə türkdilli ölkələr arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmlənməsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının həyata keçirdiyi tədbirlərin önəmi qeyd olunub, o cümlədən təşkilatın fəaliyyətinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.