Milli Ordunun əsgəri tabeliyində olan avtomatdan atəş açaraq iki əsgəri öldürüb, daha iki nəfəri yaralayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə aprelin 17-də Müdafiə Nazirliyinin hərbi hissələrindən birində baş verib.
Faktla bağlı cinayət işi başlanılıb. Müdafiə Nazirliyinin yüksək zabit heyətindən ibarət komissiyası Hərbi Prokurorluqla birlikdə hadisənin səbəblərini araşdırır.