Beynəlxalq Valyuta Fondu (BVF) 2012-ci ildə Azərbaycanda ÜDM-nin artımını 3,1% səviyyəsində proqnozlaşdırır. Bu barədə fondun saytında dərc edilən “World Economic Outlook” (WEO) icmalında qeyd edilir.
Xəbər verildiyi kimi, BVF cari ilinin yanvarında 2012-ci ildə Azərbaycanda ÜDM artımını 4% səviyyəsində proqnozlaşdırıb.
BVF-nin proqnozlarına əsasən, 2013-cü ildə Azərbaycanda ÜDM-nin artımı 1,9%, 2017-ci ildə - 3,1% təşkil edəcək.
BVF-nin proqnozlarına görə, bu il Azərbaycanda inflyasiya 5,6%, 2013-cü ildə - 5,6%, 2017-ci ildə - 6,5% təşkil edəcək.
2012-ci il üçün Azərbaycanın ödəmə balansının profisiti ÜDM-nin 21,8%-i, 2013-cü ildə - ÜDM-nin16,4%-i, 2017-ci ildə - ÜDM-nin 5%-i səviyyəsində proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, 2012-ci il üçün Azərbaycan hökuməti ÜDM-nin artımını 5,7%, 2013-cü ildə - 5,1% səviyyəsində proqnozlaşdırır. Cari il üçün inflyasiya üzrə proqnoz - 6%, 2013-cü il üçün - 5% təşkil edir.
Dünya Bankı 2012-ci il üçün Azərbaycanda ÜDM-nin artımını 3,1%, 2013-cü ildə - 3% səviyyəsində proqnozlaşdırır.
Asiya İnkişaf Bankı 2012-ci il üçün Azərbaycanda ÜDM-nin artımını 4,1%, 2013-cü ildə - 3,5% proqnozlaşdırır. İnflyasiya üzrə proqnoz müvafiq olaraq 9% və 8,5% təşkil edir.
2011-ci ildə Azərbaycanda ÜDM 0,1% artıb.