Sumqayıtın kimya sənayesinin müasirləşməsi bu şəhərin inkişafının əsasını təşkil edir. SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev çərşənbə günü Sumqayıt texnoparkına baxış və Etilen - polietilen zavodunun “EP - 300”istehsalatının yeni inzibati binasının açılışı zamanı belə söyləyib .
“Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Sumqayıt şəhərinin inkişaf layihəsi hazırlanır.Əsas vəzifə kimya sənayesinin müasirləşdirilməsidir”,-deyə R.Abdullayev bildirib.Bu barədə ”İnterfaks –Azərbaycan” agentliyinin müxbiri tədbirdən xəbər verir.
O qeyd edib ki, ”Azərkimya” və SOCAR birləşdikdən sonra yüksək istehsalat göstəricilərinə nail olunub.”Bu onu göstərir ki, biz düzgün yoldayıq və dövlət başçısı tərəfindən qarşıya qoyulan məsələlərin bir hissəsi artıq yerinə yetirilib”.- deyə o bildirib.
R.Abdullayev əlavə edib ki, məhsulun 1 manatına çəkilən istehsal xəırcləri 1,2 manatdan 0,77 manatadək, yəni 50 % azalıb.Orta əmək haqqı 200 manatdan 508,9 manatadək artıb.
“Hazırda yüksək təzyiqli polipropilen və aşağı təzyiqli polietilen istehsalı üçün qurğunun tikintisi üzrə layihə işləri aparılır.Bu qurğunun 2014-2015-ci illərdə istifadəyə verilməsi planlaşdırılır.Bu yeni kimya texnoparkını xammalla təmin etməyə imkan verəcək”,- deyə o qeyd edib.
SOCAR prezidenti əlavə edib ki, İqtisadi İnkişaf Nazirliyi ilə birgə bu texnoparkın layihələndirilməsi üzrə iş gedir. ”Azərkimya” texnopark üçün ayrılmış ərazidə təmizlik işləri aparır, sonra ərazi müxtəlif kimya müəssisələrinin yaradılması üçün İqtisadi İnkişaf Nazirliyinə veriləcək”,- deyə R.Abdullayev söyləyib.