Azərbaycan rəhbərliyinin əsas məqsədi - Insan hüquqlarının müdafiəsinin təmin edilməsidir. Azərbaycan Polis Akademiyasının rəisi, polis general – mayoru Nazim Əliyev çərşənbə günü Bakıda “ Təhsil və insan hüquqlarının müdafiəsi məqsədi ilə maariflənmə” mövzusunda keçirilən “dəyirmi masanın” iclasında belə söyləyib .
“İnsan hüquqlarının müdafiəsinin təmin edilməsi – Azərbaycan rəhbərliyinin əsas məqsədidir.Bu Azərbaycan Respublikası Konstitutsiyasında əks olunub, və bütün resurslar vətəndaşın hüquq və azadlığının təmin edilməsinə sərf edilir”,- deyə N.Əliyev bilıdirib.Onun sözlərinə görə, ölkədə insan hüquqlarının təmin edilməsi üçün islahatlar davam etdiriləcək. Bu məqsədlə Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirəcək.
Polis Akademiyasının rəisi qeyd edib ki, insan hüquqlarının müdafiəsi məsələsində hüquq mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşür.”Buna görə də biz insan hüquqlarının müafiəsi üzrə milli strategiyanı və proqramı daima təkmilləşdirəcəyik”,- deyə o əlavə edib.
“ İnsan hüquqlarının müdafiəsini lazımi səviyyədə təmin etmək üçün biz Azərbaycan polisi və ölkənin digər digər hüquq strukturları ilə , eləcə də müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik Biz vətəndaş cəmiyyətinin inkişaf etməsi üçün əhalinin maarifləndirilməsi üzrə fəal iş aparırıq, ölkə vətəndaşları aparılan islahatlardan xəbərdar olmalıdır.Biz həmçinin, təhsilin səviyyəsinə də böyük diqqət ayırırıq”,- deyə İnsan Hüquqları İnstitutunun direktoru , Milli Məclisin deputatı Aytən Mustafayeva bildirib.
Tədbirdə institutun direktor müavini Vüqar Məmmədov insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Proqramının yerinə yetirilməsində institutun fəaliyyəti mövzusunda məruzə ilə çıxış edib.