SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi cümə axşamı Zaqatala və Balakən rayonlarının qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan 18:00-dək “Yevlax-Balakən” Magistral qaz kəmərindən təbii qaz təchizatı dayandırılıb”, - deyə şirkətdən bildirilib.
Təmir işləri aparılan müddətdə Zaqatala və Balakən rayonlarının kənd və qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.