Bakıda “Qarant Sığorta Agenti” MMC-nin “Xəzər” filialı fəaliyyətə başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
Bu, şirkətin sayca 7-ci filialıdır (Bakıda) və müştərilərə bütün növ sığorta xidmətləri təqdim edir.
“Qarant Sığorta Agenti” MMC 2009-cu ilin iyun ayında qeydiyyatdan keçib. Onun təsisçiləri “ZQAN Holdinq” və “Qarant Sığorta” şirkətidir. MMC sığorta agentinin funksiyalarını yerinə yetirir, eləcə də sığorta agentlərini hazırlamaqla məşğul olur. Şirkətin nizamnamə kapitalı 100 manata bərabərdir.
“Qarant Sığorta Agenti” MMC müştərilərə avtomobillərin könüllü sığortası, əmlakın bütün risklərdən sığortası, xaricə gedənlərin sığortası və s. üzrə xidmətlər təklif edir.