Hakim Yeni Azərbaycan partiyası Avropa Parlamentində Azərbaycanla Avropa Birliyi (AB) arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qətnamə qəbul edilməsini alqışlayıb .Partiyanın icraçı katibi Əli Əhmədov belə bəyan edib.
“Avropa Parlamentinin qətnaməsi Azərbaycanın xarici siyasətinin uğurudur və bu ölkənin Avropaya inteqrasiyasının bundan sonra aktivləşməsinə təkan verəcək”.- deyə Ə.Əhmədov cümə axşamı jurnalistlərə bildirib.
Onun fikrincə, qəbul edilmiş qətnamə Azərbaycanın Avropa strukturları ilə daha sıx əməkdaşlığı , eləcə də Avropa İttifaqının (Aİ) Qafqaz siyasətinin genişlənməsi nöqteyi nəzərindən. çox vacibdir. ”Ötən illər ərzində Azərbaycan özünü etibarlı tərəfdaş kimi tanıdıb.Mən hesab edirəm ki, Avropa Parlamentinin qətnanəsi bizim Aİ ilə əməkdaşlığımızın bundan sonrakı inkişafına təkan verəcək”,- deyə o bildirib.
O qeyd edib ki, Azərbaycan “Şərq tərəfdaşlığı” çərçivəsində Aİ ilə uğurla əməkdaşlıq edir. ”Bu əməkdaşlıq öz bəhrəsini verir”.- deyə hakim partiyanın nümayəndəsi söyləyib.
Avropa Parlamenti Azərbaycan və Ermənistanla assosiativ saziş üzrə danışıqların gedişinə dair iki qətnamə qəbul edib .Xarici İşlər Nazirliyinin(XİN) mətbuat katibi Elman Abdullayevin jurnalistlərə bildirdiyi kimi, sənəd Avropa Parlamentinin 20 may 2010-cu il tarixli qətnaməsinin prinsiplərini və ATƏT-in Minsk qrupunun üzv – ölkələrinin prezidentlərinin Akvil sazişini təsdiqləyir. Qətnamədə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması, işğal edilmiş ərazilərin Azərbaycanın nəzarəti altına verilməsi , qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması,eləcə də onların təhlükəsizliyinin təmin edilməsinin vacibliyi bildirilir.
Avropa Parlamentinin qətnaməsi qeyd edir ki, bu iki sənədin maddələrinin yerinə yetirilməsi Azərbaycan və Ermənistanla assosiativ sazişlərin imzalanmasına yol açır. Aİ tərəfindən ilk dəfə belə bir şərt irəli sürülüb .”Bu Azərbaycan diplomatiyasının böyük uğurudur,- deyə XİN sözçüsü bildirib – Bu sənəd Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır”. Qətnamədə münaqişə tərəfləri münaqişənin həlli üçün səy göstərməyə çağrılır. Bu problem regionda sabitliyi və inkişaf perspektivlərini sarsıdır, eləcə də bunun Avropa qonşuluğuna zidd olduğu, “Şərq tərəfdaşlığı” proqramına xələl gətirdiyi vurğulanır.
Avropa Parlamentinin qətnaməsi Aİ –nı Cənubi Qafqaz regionunda sabitliyin yaradılmasında daha fəal rol oynamağa, mədəniyyətlərarası dialoq, gənclər və tələbə mübadiləsi vasitəsilə tərəflər arasında etimadın artırılması tədbirlərinin gücləndirilməsinə yardım etməyə çağırıb.
Qətnamədə Aİ-nin enerji tərəfdaşı kimi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib oyunçu kimi Azərbaycanın əhəmiyyəti və rolu qeyd edilir. E.Abdullayevin sözlərinə görə, bu kontekstdə kecən ilin yanvar ayında Avropa Komissiyasının rəhbəri Joze Manuel və Prezident İlham Əliyev tərəfindən imzanalnmış Birgə Bəyənnamə önə çıxarılır.
Avropa Parlamentinin qətnaməsində qeyd edilir ki, 2012-2013-cü illər üzrə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri - daimi üzvü seçilməsi avropalı parlamenterilərin nəzərincə, Aİ və Azərbaycan arasında gələcək məsləhətləşmələrin aparılmasına yaxşı imkan verir.