Ukrayna 2013-cü ildə ATƏT-ə sədrliklər dövründə “bu problemin həllində maksimum səy” göstərəcək. Bu barədə Ali Radanın spikeri Vladimir Litvin cümə axşamı Bakıda brifinqdə bəyan edib.
“Biz bu problemin həlli üçün mümkün və qeyri-mümkün olan hər şey edəcəyik”, - deyə o vurğulayıb.
Spikerin sözlərinə görə, Dağlıq Qarabağ probleminə dair rəsmi Kiyevin mövqeyi dəyişməzdir və Azərbaycanın ərazi bütövlüyünün bərpasının sülh yolu ilə bərpa edilməsindən ibarətdir.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.