Azərbaycanda 2020-ci il üçün orta aylıq pensiya respublika üzrə orta aylıq əmək haqqının 50%-ni ötəcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov cümə axşamı “Azərbaycan 2020: gələcəyə baxış” ilə bağlı konsepsiyasının “Sığorta-pensiya sistemi” mövzusunda dəyirmi masa zamanı bəyan edib.
“Son illər ərzində sosial sahədə aparılan islahatlar nəticəsində hazırda Azərbaycanda orta pensiya respublika üzrə orta aylıq əmək haqqının 40%-ni təşkil edir. Yaşına görə pensiyaya çıxan şəxslər üçün bu göstərici 45% təşkil edir. Konsepsiyanın reallaşdırılması Azərbaycan vətəndaşlarının pensiyalarının məbləğinin orta aylıq əmək haqqını 50% ötəcəyinə səbəb olacaq”, - deyə S.Müslümov bildirib.
Onun sözlərinə görə, pensiyaların artması pensiya sistemində yığım elementinin tətbiqi və şəxsi təqaüd fondlarının yaradılması hesabına təmin ediləcək.
“Şəxsi təqaüd fondlarına, sahə üzrə təqaüd fondlarına və DSMF-ya könüllü sığorta sisteminə daxilolmaların hesabına, pensiyaçılar əlavə pensiya ala biləcəklər”, - deyə S.Müslümov qeyd edib.
O həmçinin məlumat verib ki, Konsepsiya 2020-ci ilə qədər işə götürənlərin qeydiyyatının tam avtomatlaşdırmasını və dövlət sosial sistemində sığortalanan şəxslərin qeydiyyatını nəzərdə tutur.
“Bundan başqa, 2020-ci ilə qədər elektron qəbul və icbari sosial sığorta üzrə hesabatların, həmçinin sığortalanan şəxslər barədə məlumatların ötürülməsinə keçidi başa çatdırmaq planlaşdırılır. Həmçinin elektron formada işə götürənlərin auditi həyata keçiriləcək”, - deyə S.Müslümov qeyd edib.
Fondun başçısı əlavə edib ki, sistem hər kəsə imkanları DSMF saytı vasitəsilə gələcək pensiyanın məbləğini müstəqil hesablamağa imkan yaradacaq.