Azərbaycan dövlət Neft Fondunun aktivləri (ARDNF) 2012-ci ilin I rübündə 8,6 % - $ 32mlrd. 359,4 mln. manatadək artıb.Bu barədə ARDNF-in məlumatında bildirilir.
2012-ci ilin yanvar- mart ayları ərzində Fondun gəlirləri 3 mlrd. 586,9 mln. manata, xərcləri 1 mlrd. 919,9 mln. manata bərabər olub . Fondun gəlirlərinin strukturunda Azərbaycanın mənfəət neftinin və qazının satışından daxilolmaılar - 3 mlrd 349,4 mln. manat, tranzit gəlirlər -1,3 mln manat, bonus ödəmələri -1,6 manat, xarici investorlar tərəfindən verilmiş aktivlərdən daxilolmalar - 0,1 mln. manat təşkil edib.
I rübdə Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 234,5 mln manata bərabər olub.
Valyuta aktivlərinin təkrar qiymətləndirilməsi ilə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 336,1 mln. manat təşkil edib.
Hesabat dövründə Fondun xərclərinin strukturunda ən böyük pay dövlət büdcəsinə transfertlərin payına düşüb - 1 mlrd. 839,8 mln. manat. Qaçqınların yaşayış şəraitinin yaxşılaşmasına xərclər 48,7 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına – 20,8 mln. manat, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə – 4,8 mln. manat, fondun idarə edilməsi üzrə inzibati xərclər – 2,1 mln. manat təşkil edib.Qalan xərclər digər məqsədlərə sərf edilib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. daxil olan gəlirlər toplanır.
Neft Fondu rübdə bir dəfə öz gəlirləri və xərcləri barədə hesabat verir.