Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il üçün büdcəsinin icra vəziyyəti ilə bağlı Analitik təhlil keçirəcək. Bu barədə Palatadan məlumat verilib.
Palatanın Kollegiyası DSMF-nin 2011-ci il ərzində Analitik təhlil işi üzrə Proqramı təsdiq edib.
Bundan başqa, Palata “Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi-2” layihəsi üzrə dövlət büdcəsi vəsaiti Agentliyi Dünya Bankından cəlb edilən kredit və qrant vəsaitlərinin istifadə vəziyyətinin yoxlama nəticələrini təsdiq edib.
Palata həmçinin Təhsil Nazirliyi sistemində bir sıra obyektlərin yoxlama nəticələrini təsdiq edib.
“Onlara dair yoxlamaların nəticələri və rəylər Milli Məclisə (parlamentə) təqdim ediləcək”, - deyə məlumatda qeyd dilir.