Bakıda Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” nümayəndəliyi, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının yardımı ilə Pasxa xeyriyyə bazarı təşkil edilib. Bu barədə tədbirdən “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
“Biz artıq ikinci ildir Pasxa bazarını keçiririk, bu çox nəcib işdir”, - deyə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin başçısı Ənvər Şeyxov bazarın açılışında bildirib.
Bakı və Xəzəryanı ölkələrin yepiskopu Aleksandr qeyd edib ki, bütün insanlar üçün əsas bayram - xeyrin şər üzərində qələbəsidir. “Baxmayaraq ki, bu gün bayramdır, bizim arasında qayğıya ehtiyacı olan zülm edilən insanlar var – bu valideynlərindən məhrum olan uşaqlardır. Və onlara qayğı göstərmək - bizim borcumuz, buna görə belə tədbirlər keçirmək lazımdır”, - deyə yepiskop bildirib.
Tədbirin keçirilməsində məqsəd – xeyriyyə ödəmələrindən və lotereyadan əldə edilən vəsaitin valideyn himayəsindən məhrum uşaqlara maddi köməyin göstərilməsidir.
Pasxa bazarında Azərbaycan Rəssamlar İttifaqının, “Bəzək” Yaradıcılıq Birliyinin üzvləri, həmçinin tətbiqi incəsənət ustaları öz əsərlərini təqdim ediblər.
Pasxa bazarı çərçivəsində xalq sənət məhsullarının, suvenirlərin, bəzəklərin və şəkillərin, kilsə avadanlığının satışı həyata keçirilib, lotereya oynanılıb. C.Aslanzadənin rəhbərliyi altında Müqəddəs Məryəm Kilsəsinin kvartetinin çıxışı axşamın mədəni hissəsini təşkil edib.
Pasxa bazarı aprelin 20-nə qədər davam edəcək.