Vergilər Nazirliyinə daxil olan şikayətlər 2012- ci ilin I rübündə keçən ilin analoji dövrü ilə müqayisədə 40,2 % - 250-yə qədər azalıb . Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
“2012-ci ilin I rübündə Vergilər Nazirliyinə 13 978 müraciət daxil olub ki , bu da keçən ilin I rübünün göstəricisindən 9,3 % çoxdur. Bununla yanaşı, daxil olan müraciətlərin 250-si (bütün müraciətlərin 1,8%-i) şikayət olub. Onlarınn sayı keçən ilin analoji dövrü ilə müqayisədə 40,2 % azalıb”,- deyə Vergilər Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, I rübdə Vergilər Nazirliyinə daxil olan müraciətlərin ¾-ü öz müsbət həllini tapıb.
Nazirliyin nümayəndəsi əlavə edib ki, bütün müraciətlərin 98,2 %-ni və ya 13 723 – nü Vergilər Nazirliyinə ərizələr təşkil edib.