Heydər Əliyev adına Bakı neft emalı zavodunun xam neftin ilkin emalı üzrə 21 nömrəli ED-AVQ-6 qurğusu qrafikə uyğun olaraq təmirə saxlanılıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Qurğunun K-2, K-6 və K-9 kolonlarının axın xətlərinin dəyişdirilməsi məqsədi ilə aparılacaq təmir zamanı “Vakuum bölməsinin yenidənqurulması” layihəsi çərçivəsində quraşdırılmış yeni N-9 (1.2.3) nasoslarının sxemi yenidən qurulacaq, K-2 kolonu ilə əlaqəli siyirtmələr dəyişdiriləcək, buraxılışların aradan qaldırılması üçün boru xətlərinin bəzi hissələri yeniləri ilə əvəz olunacaq.
Təmir zamanı zavodun 55 və 43 nömrəli qurğularının xammalla təmin edilməsi üçün 22 nömrəli qurğunun vakuum bloku işə salınıb.