S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Avropa Yəhudiləri Parlamentinin üzvü Aleksandr Şarovski parlamentin ikinci iclasında iştirak edəcək.
“Mayın 15-16-da Brüsseldə parlamentin ikinci iclası keçiriləcəkş Burada artıq komitələrin siyahıları, proqram və vəzifələri müəyyən ediləcək”, - deyə A.Şarovski “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, birinci iclas tanışlıq xarakteri daşıyıb, mayda artıq işçi iclası keçiriləcək. “Lakin, komitələrin siyahılarında mədəniyyət məsələlərinə cavabdeh strukturların olmamsı məncə təəccüb hissi oyadıb. Axı mədəniyyət diskriminasiya ilə bağlı problemlərin həllində vacib və ayrılmaz əlaqədir”, - deyə o qeyd edib.
A.Şarovski bəyan edib ki, məhz mədəniyyət irqi və milli diskriminasiyanın istənilən təzahürlərinə qarşı mübarizədə alət rolunda çıxış edə bilər.
“Mən artıq dəfələrlə bildirmişəm ki, bununla əlaqədar Azərbaycan bütün Avropa üçün yüksək tolerantlığın açıq nümunəsi ola bilər”, - deyə rejissor əlavə edib.
Avropa yəhudi parlamenti ötən il Avropada ən əhəmiyyətli problemlərdən biri- antisemitizmin həlli üçün yaradılıb.