Azərbaycan Ermənistanın hərbi texnikasının həqiqi sayını gizlətməsi barədə beynəlxalq təşkilatları məlumatlandırmalıdır. Milli Məclisin deputatı Fərəc Quliyev belə hesab edir.
“Biz beynəlxalq təşkilatlara Ermənistanın hərbi texnikasının real sayını beynəlxalq cəmiyyətdən gizlətməsi barədə xəbərdarlıq məktublarını beynəlxalq təşkilatlara yönəltməliyik”, - deyə F.Quliyev cümə günü Milli Məclisin keçirilən plenar iclasında bəyan edib.
Deputat qeyd edib ki, Ermənistan, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıq çərçivəsində ona ötürülən hərbi texnikanın sayını gizlədir.
SIPRI Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun Azərbaycanın güclü silahlandırılması barədə məruzəsini şərh edərək, parlament üzvü həmçinin, Azərbaycan tərəfinin torpaqlarının bir hissəsinin Ermənistan işğalı altında olması səbəbindən silahlanmağa məcbur edildiyini beynəlxalq təşkilatlara məlumat verməyi zəruri olduğunu hesab edir.