Azərbaycanın Mərkəzi Bankı nəzdində Maliyyə Monitorinqi Xidməti 2012-ci ilin I rübündə şübhəli və cari əməliyyatlar üzrə 55,617 min məlumat alıb. Bu barədə Xidmətdən məlumat verillib.
Azərbaycanda Maliyyə Monitorinqi Xidməti 2009-ci ildə yaradılıb və “çirkli” pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində mərkəzi orqandır.
Məlumatlara görə, bilavasitə 2012-ci ilin mart ayı ərzində Xidmət 17,958 min məlumat alıb.
Xəbər verildiyi kimi, 2011-ci ildə MMX şübhəli və cari əməliyyatlara dair 236,961 min məlumat alıb.
MMX terrorizmin maliyyələşdirilməsi, cinayətkar yolla əldə olunmuş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasının qarşısının alınması ilə bağlı vəziyyəti öyrənir, bu sahədə təhlil aparır, həmçinin təklif və tövsiyyələr hazırlayır. Bundan əlavə, xidmətin vəzifəsinə monitorinqə şamil edilən əməliyatların aşkar edilməsi üçün meyarların (xüsusi indikatorların) müəyyən olunması daxildir. Xidmət bu istiqamətdə qanun pozuntuları haqqında məlumat üçün statistik formanı müəyyən edir; aparılan təhlillər və monitorinqlər əsasında məlumatları Milli Təhlükəsizlik Nazirliyinə təqdim edir; mərkəzləşdirilmiş elektron-informasiya sistemini təşkil edir.