2012-ci ilin yanvar-mart aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 497,2 mln. manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 3,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə heyvandarlıq sahəsində artım 3,2% təşkil edib. Yanvar-mart aylarında 102 min ton ət (artım 2,5%), 374,3 min ton süd (artım 2,9%), 285,8 mln. ədəd yumurta (artım 10,7%) istehsal edilib.
2012-ci ilin I rübündə bitkiçilik sahəsində artım 6,4% təşkil edib.