Gəncə Dövlət Universiteti “Avropa keyfiyyəti” beynəlxalq mükafatına , universitetin rektoru isə elm sahəsində xidmətlərinə görə “Elmdə fəxri ad” qızıl medalına layiq görülüb. Bu barədə “İnterfaks –Azərbaycan”agentliyinin regional bürosu məlumat verir.
“Gəncə Dövlət Universiteti belə yeksək mükafata layiq görülmüş Azərbaycanda üçüncü ,qərb regionunda birinci təhsil müəssisəsidir”,- deyə universitetin rektoru, professor Elman Məmmədov bildirib.
Rektor söyləyib ki, Avropa Rektorlar Klubu, eləcə də Beynəlxalq Biznes Liderləri Klubunun qərarı ilə Avropa İttifaqının ERASMUS-MUNDOS və TEMPUS. Təhsil Proqramlarında uğurlu fəalyiyyətə görə o özü və ali məktəb mükafata layiq görülüb.