Azərbaycanın Şəmkir rayonunda meşələrin sahəsi genişlənir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsi son ay ərzində 2 hektar sahədə şitillərin və ağacların əkinin təşkil edib”, - deyə müəssisəsin direktoru Arzu Əlizadə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna məlumat verib.
Onun sözlərinə görə, əkin üçün ağacların və şitillərin seçimi zamanı regionun iqlim şəraiti nəzərə alınıb.
“Yol boyu 17 min Eldar şamı, həmçinin ağacların digər növləri əkilib”, - deyə A.Əlizadə qeyd edib.
Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsi 8,3 min hektar sahədə meşə fonduna malikdir, onlardan 2,067 min hektar Samux rayonunda yerləşir. Son il ərzində 4 hektar torpaq əkilib, 6 hektar ərazidə şitillərin əkini həyata keçirilib.