Bakı polisləri narkotik maddələrin saxlanması və satışında şübhəli bilinən şəxsi saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə günü Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt sakinindən 440 qram marixuana müsadirə ediblər.
Faktla bağlı cinayət işi başlanıb.