Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Aprelin 17-18-də Braziliyada “Açıq Hökumət Tərəfdaşlığı” ilk illik sammitində iştirak edib. Bu barədə nazirlikdən məlumat verilib.
Tədbirdə 60 ölkədən 2 minə yaxın dövlət, qeyri-hökumət, özəl qurumların rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Azərbaycanın nümayəndə heyəti “Fəaliyyət Planı”nın təqdimatı üzrə plenar iclasda iştirak edib.
Sammit çərçivəsində Ə.Abbasov İsrailin dövlət xidmətlərinin tətbiqi naziri Mihael Etan, Albaniyanın innovasiya və informasiya kommunikasiya texnologiyaları naziri Genc Polla, İstehsal sənayesində şəffaflıq təşəbbüsü katibliyinin rəhbəri Jonas Moberg, Beynəlxalq Şəffaflıq (Transparency İnternational) Təşkilatının idarə heyətinin üzvü xanım Elizabet Ungar, və digər rəsmi şəxslərlə görüşlər keçirib.
“Açıq Hökumət Tərəfdaşlığı” sammiti ABŞ və Braziliya prezidentlərinin birgə təşəbbüsü ilə 2011-ci ildə təsis olunub.