2012-ci ilin I rübündə qiymətli kağızlar bazarında əməliyyatların həcmi 1,6 dəfə artaraq 2,7 mlrd. manat təşkil edib. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Məlumatda QKDK sədri Rüfət Aslanova istinadən bildirilir ki, 2012-ci ilin I rübündə qiymətli kağızlar bazarında əməliyyatların sayı 10% artıb.
QKDK-nın 2012-ci ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.
R.Aslanlı iclasda qeyd edib ki, yanvar-mart aylarında qiymətli kağızlar bazarının inkişafı qeyri-neft sektorunun yüksək templi artımı və antiinflyasiya xarakterli pul siyasəti fonunda davam edib. 2012-ci ilin əvvəlindən qısamüddətli istiqrazların emissiyası həyata keçirilməyib, İpoteka Fondunun istiqrazlarının həcmi azalıb və maliyyə təsisatları üçün tətbiq edilən “vergi tətilləri” ləğv edilib.