2012-ci ilin martın 1-nə Azərbaycan iqtisadiyyatına banklar və qeyri-bank təşkilatları tərəfindən kredit qoyuluşları 10 mlrd. 206,9 mln. manat təşkil edib, bu isə ötən ilin əvvəlinə olan göstəricidən 2,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Stasistika Komitəsindən məlumat verilib.
Kredit qoyuluşlarının strukturunda vaxtı keçmiş kreditlərin payına 648,8 mln. manat (artım 2,4%) düşür və ya verilən bütün kreditlərin 6,4% təşkil edir.
2012-ci il martın 1-nə olan vəziyyətə görə, dövlət bankları tərəfindən 33,3%, 64,1% - özəl banklar tərəfindən, 2,6% - qeyri-bank kredit təşkilatları tərəfindən kredit verilib.
Statistik məlumatlara əsasən, kredit qoyuluşların ümumi həcmindən 3 mlrd. 58,3 mln. manat - qısamüddətli, 7 mlrd. 148,6 mln. manat – uzun müddətli kreditlərin payına düşüb.