Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı şəhəri və Abşeron yarımadasında rəqəmli radio (HD radio) yayımını tətbiq edib. Bu barədə nazirlikdən məlumat verilib.
RİTN-in məlumatına görə, hazırda 105.0 Mhs-də analoq FM yayımı ilə eyni tezlikdə HD formatında Respublika və İctimai Radionun proqramları yayımlanmağa başlayıb.
Rəqəmli yayıma keçidin əsas məqsədi radio proqramlarının qəbul keyfiyyətinin yüksəldilməsi, tezliklərdən səmərəli istifadə edilməsi və radio proqramla yanaşı dinləyicilərə əlavə olaraq mətn və qrafik məlumatların ötürülməsi imkanlarının yaradılmasıdır.
Rəqəmli formatda radio proqramları HD radioqəbuledicilər vasitəsilə, eləcə də son bir neçə ildə istehsal olunan avtomobillərdə qəbul etmək mümkündür.