2011-ci ildə Azərbaycanda nəşriyyat və audiovizual sahələrdə piratçılıq halları 2005-ci illə müqayisədə 20 % azlıb. Azərbaycan Müəllif Hüquqları Agentliyin direktoru Kamran İmanov belə söyləyib .
“Hazırda ölkədə müəllif hüquqları sahəsində vəziyyət yaxşılaşır. Respublika prezidentinin dəstəyi sayəsində ölkəmiz regionda intellektual mülkiyyət və müəllif hüquqları sahəsində liderdir”,- deyə K.İmanov bazar ertəsi Bakıda keçirilən Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş beynəlxalq konfransda jurnalistlərə bildirib.
Agentliyin rəhbəri həmçinin qeyd edib ki, “İntellektual mülkiyyət hüququnun təmin edilməsi və piratçılığa qarşı mübarizə” qanun layihəsi baxılmaq üçün parlamentə təqdim edilib.
Konfrans Azərbaycan Müəllif Hüquqları Agentliyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilir.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü UNESCO-nun qərarı ilə 1995-ci il noyabrın 15-dən keçirilir. Azərbaycanda bu gün 1996-cı ildən qeyd edilir .UNESCO 2012-ci ildə bu günün kitab və tərcüməyə həsr olunmasını tövsiyə edir.