ARDNŞ-nin ''Azəriqaz'' İstehsalat Birliyi 2012-ci il aprelin 1-nə ölkə üzrə 345 912 ədəd “smart-kart” tipli sayğac quraşdırıb. Bu barədə şirkətin məlumatında deyilir.
"Bakı şəhəri ilə yanaşı, Gəncə, Sumqayıt, Ağsu, Hacıqabul, Naftalan, Goranboy, Sabirabad və Göygöl rayonlarında da “smart-kart” tipli sayğacların quraşdırılmasına başlanıb”, - deyə məlumatda qeyd edilir.
Azərbaycanda quraşdırılan “smart-kart” tipli sayğaclar Fransanın “İTRON” şirkətinin istehsalıdır.
“Smart-kart” tipli sayğacı olan məcburi köçkün statuslu abonentlərə qanunvericilik çərçivəsində ayrılmış limitlərin kartlara vurulması proseduru hazırlanıb.
Xəbər verildiyi kimi, ''Azəriqaz'' İB Bakı şəhərində “smart-kart” tipli sayğacların quraşdırılmasını 2012-ci il ərzində tam başa çatdırmağı planlaşdırır.