Azərbaycan Prezidenti İlham Əliyev İsrailin baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman ilə əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə bazar ertəsi rəsmi mətbuat məlumat verib.
Görüşdə A.Liberman son səfərindən ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu qeyd edib.
Dövlət başçısı öz növbəsində, ölkənin inkişafında quruculuq işlərinin ardıcıllığını vurğulayıb.