Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Oleq Boqomolov ilə görüş zamanı respublika ilə RF-nin ayrı-ayrı subyektləri arasında ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edib.
O.Boqomolov ötən səfərindən etibarən ölkəmizdə gedən sürətli inkişaf proseslərini vurğulayıb.
Dövlət başçısı öz növbəsində respublika ilə RF-nin ayrı-ayrı subyektləri arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayıb. İ.Əliyev qeyd edib ki, bu əməkdaşlıq ölkələr arasında əlaqələri daha da möhkəmləndirir.