Azərbaycan və İsrailin xarici işlər nazirləri Elmar Məmmədyarov və Aviqdor Liberman bazar ertəsi Bakıda danışıqlar zamanı İranla bağlı müzakirələr aparmayıblar.Xarici İşlər Nazirliyinin(XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev belə bəyan edib.
“İranla bağlı müzakirələr aparılmayıb .Bununla yanaşı, Azərbaycan özünün qonşu ölkələrlə yaxşı münasibətlərin inkişaf etdirilməsi mövqeyinə sadiqdir”,- deyə E.Abdullayev “İnterfaks - Azərbaycan”agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib
Onun sözlərinə görə, İsrail xarici işlər nazirinin indiki səfəri , eləcə də Azərbaycanın xarici siyasəti kiməsə qarşı yönəlməyib.
O qeyd edib ki, A.Libermanın səfəri yalnız ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə əlaqədardır.