Azərbaycan Beynəlxalq Bankı (ABB) 2012-ci ilin I yarısı və 2012-ci il üzrə bankın və bankın törəmə strukturlarının auditini aparmaq üçün auditor seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks -Azərbaycan”agentliyinə bankdan məlumat verilib.
Tender elanına əsasən, audit maliyyə hesabatlarının dünya standartları üzrə aparılmalı,və ABB-nin törəmə strukturlarını : Azərbaycan Beynəlxalq Bankı-Moskva,
Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan, Beynəlxalq sığorta şirkəti və ”Azərikard” MMC –ni əhatə etməlidir.
Tenderin şərtlərinə əsasən, 2012-ci ilin birinci yarısı üzrə birləşdirilmiş auditin yekunları cari ilin oktyabr ayının 1-dən , 2012-ci il üzrə ümumi auditin yekunları isə 2013-cü il mayın 1-dən gec olmayaraq təqdim edilməlidir.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu 1 min manat təşkil edir.
Tender üzrə təkliflər 2012-ci il iyunun 11-ə qədər qəbul edilir.Tender təkliflərinin qiymətləndirilməsi iyunun 13- də keçiriləcək..
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% - özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.