Aprelin 25-də saat 12.00-da "İnterfaks-Azərbaycan" agentliyinin mətbuat mərkəzində Azərbaycanın tanınmış yazıçısı, “PEN-Club”un vitse-prezidenti Natiq Rəsulzadənin mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransının mövzusu elektron kitablar üçün internet mağazasının yaradılması layihəsi ilə bağlıdır. İnternet mağazası vasitəsilə Azərbaycan yazıçılarının əsərlərinin satışı nəzərdə tutulur. Bundan başqa, mətbuat konfransında Azərbaycan ədəbiyyatının müasir vəziyyəti, ədəbi tənqidin səviyyəsi və digər mövzular müzakirə ediləcək.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisinin yerləşdiyi ünvan: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Giriş zamanı xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07