Sahibkarlığa Kömək Milli Fondu (SKMF) investisiya layihələrinin idarə edilməsinin informasiya sistemini yaratmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
Elana əsasən, SKMF investisiya layihələrini idarə edilməsinin informasiya sistemini yaratmaq üçün şirkət seçir.
Fond üçün bu cür xidmətlərin göstərilməsində maraqlı şirkətlərdən təkliflərin qəbulu aprelin 30-na qədər həyata keçiriləcək.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatları vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat məbləğində güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.