"Texnikabank" “FBME Bank”dan (Kipr) $5 mln. məbləğində kredit cəlb edib. Bu barədə "Texnikabank"ın məlumatında deyilir.
"Texnikabank" və “FBME Bank” arasında kredit müqaviləsi aprelin 20-də imzalanıb.
Kipr bankının kredit vəsaitləri "Texnikabank"ın maliyyələşmə mənbələrinin diversifikasiyası məqsədilə bir il müddətinə cəlb edilib.
“Texnikabank” 1994-cü ildə yaradılıb. Hazırda “World Wines” şirkəti (səhmlərin 75%-i) bankın majoritar səhmdarıdır.