Azərbaycan və İordaniyanın parlamentlərarası əlaqələrini iki ölkənin dövlət başçıları arasında olan əlaqələr səviyyəsinə yüksəltmək lazımdır.İordaniya Senatının vitse-spikeri Abdurrauf Ravabdeh belə deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdulla arasında dostluq əlaqələri var.Biz parlamentarilər parlamentlərarası əlaqələri onların əlaqələri səviyyəsinə qaldırmalıyıq”,- deyə Abdurrauf Ravabdeh çərşənbə axşamı Bakıda Azərbaycan –İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdə söyləyib.
Onun sözlərinə görə, İordaniya parlamentarilərinin Azərbaycana səfərində məqsəd parlamentlərarası əlaqələrin inkişaf perspektivlərini müzakirə etməkdir.Bununla yanaşı, Abdurrauf Ravabdeh iki ölkə arasında imzalanmış bir çox sazişlərin yerinə yetirilməməsinə təəssüf ediyini bildirib.”Azərbaycan və İordaniya arasında son illər təxminən 30 saziş inzalanıb, təəssüf ki, onlardan çoxu icra edilməyib”,- deyə vitse-spiker vurğulayıb.