2012-ci ilin I rübündə Şəki rayonunda 48 mln. 954 min manatlıq məhsul buraxılıb. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov belə deyib.Bu barədə çərşənbə axşamı “İnterfaks -Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
E.Usubov qeyd edib ki, bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 % çoxdur. O həmçinin, qeyd edib ki, hesabat dövrü ərzində rayonda istehsal və qeyri-istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyaların həcmi 11 mln. 632 min manat təşkil edib ki, bu da keçən ilin müvafiq göstəricisindən 25,4 % çoxdur.
Bundan başqa, E. Usubov bildirib ki, rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün rüb ərzində 804 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib , bu dövr ərzində rayonda 288 yeni, daimi iş yeri açılıb.