Qondarma “erməni soyqırımı” Azərbaycana və Türkiyəyə qarşı ideologiya əsasında qurulub. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov bəyan edib.
“Qondarma “erməni soyqırımı”nın əsasında regionuna ağrı və bədbəxtlik gətirən Azərbaycana və Türkiyəyə qarşı ideologiya durur”, - deyə Ə.Əhmədov çərşənbə axşamı Bakıda keçirilən regionda sabitliyi pozan erməni ideologiyasının rolu mövzusunda konfransda bildirib.
“Azərbaycan və Türkiyənin məqsədi bu ideologiyanı ifşa etməkdir”, - deyə o əlavə edib.
Ə.Əhmədov jurnalistlərlə söhbətində qondarma “erməni soyqırımı”nı “ən böyük yalan və uydurma” adlandırıb. “Tarixdə çox yalan olub, amma, hesab edirəm ki, qondarma “erməni soyqırımı” regionumuzun ən böyük yalanı və haqsızlıqdır”, - deyə hakim partiyanın icraçı katibi bildirib.
Onun sözlərinə görə, regionda son yüz ildə baş verən bütün faciə və müharibələr, millətlərarası münaqişələr Ermənistanın bu ideologiyasından qaynaqlanır. “Ümid edirəm ki, mədəni dünya, nəhayət, bu ideologiyanın yalanını anlayacaq”", - deyə Ə.Əhmədov vurğulayıb.