Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyaya və Şimali İrlandiyaya işgüzar səfərə yola düşüb.
Respublikanın Xarici İşlər Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən mçəlumata görə, E.Məmmədyarov Londonda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşü keçiriləcək.
Bundan başqa, Azərbaycanın XİN rəhbəri həmçinin Böyük Britaniyanın Avropa Məsələləri üzrə Naziri Devid Lidinqton və Böyük Britaniya Parlamentinin Britaniya-Azərbaycan qrupunun üzvləri ilə də görüşəcək.