2012-ci ilin I rübündə Azərbaycanın kimya müəssisələri kimyəvi məhsulların istehsal həcmini 2011-ci ilin analoji dövrü ilə müqayisədə 1,6% artırıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
"Hesabat dövründə ölkədə 56,7 mln. manat məbləğində kimyəvi, əczaçılıq, rezin və plastik məhsullar istehsal edilib. Həmin dövrdə kimya sənayesində istehsalın həcmi 1,6% artıb", - deyə komitədən qeyd edilib.
Yanvar-mart aylarında sulfat turşusunun istehsal həcmi 9 dəfə - 0,9 min tona qədər, kaustik soda – 7,7 dəfə - 85,9 tona qədər, propilen – 13,4% - 9 min tona qədər, polietilen – 15,9% - 25,5 min tona qədər, izopropil spirti – 68,5% - 5,2 min tona qədər artıb.
Hesabat dövründə lak-boya məhsullarının istehsalında 61,8% - 721,5 tona qədər azalma qeydə alınıb.