Azərbaycan Beynəlxalq Bankının (ABB) 2012-ci ilin I rübün sonuna olan depozit portfeli 2,763 mlrd. manat təşkil edib, bu isə 2011-ci il aprelin 1-nə olan göstəricidən 45% çoxdur. Bu barədə bankdan məlumat verilib.
Martın sonuna əhalinin əmanətləri 990,8 mln. manat (artım 34,1%), həmçinin tələb edilə qədər əmanətləri – 220 mln. manat, təcili əmanətləri - 770,8 mln. manat təşkil edib.
ABB 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i fərdi səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.